Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Buraxılış imtahanlarının cavabı bu tarixdəAÇIQLANACAQ

02.03.2025 11:25 100 baxış sayı 1 dəq. oxuma Metbuat
Buraxılış imtahanlarının cavabı bu tarixdəAÇIQLANACAQ

Xəbər verdiyimiz kimi, bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Metbuat.az xəbər verir ki, bu gün saat 16:00-da DİM-in yutub kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

Martın 3-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: