Buraxılış imtahanında yenilik olacaq - Ekspert
Xəbər verdiyimiz kimi, tam (11 illik) orta və ümumi (9 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının tarixləri açıqlanıb.
Bəs bu il imtahanların çətinliyinin hansı səviyyədə olacağı gözlənilir?
Təhsil eksperti Elşən Qafarov Metbuat.az-a açıqlamasında bildirib ki, bu il buraxılış imtahanlarında xarici dildə dinləmə mətnləri salınacaq:
“Əvvəlki illərə nisbətən yenə də buraxılış imtahanlarının mart və aprel aylarında keçirilməsi həm məzunlar üçün çox böyük çətinlik yaradır. İllərdir ki, buraxılış imtahanları tədris ilinin başa çatmasına təqribən 10-12 həftə qalmış keçirilir və həmin siniflər üzrə proqramların tam yerinə yetirilməməsinə səbəb olur. Çünki Dövlət İmtahan Mərkəzi (DİM) elan edir ki, həmin dövr üçün olan materiallar imtahana salınmır. Abituriyentlərin böyük əksəriyyəti repetitor yanına gedir və onlar sıxlaşdırılmış qrafik üzrə buraxılış imtahanlarında iştirak edirlər. Ona görə ki, buraxılış imtahanlarındakı nəticələr onların ali təhsil üzrə qəbul imtahanlarına təsir edir”.
Ekspert təklif edib ki, buraxılış imtahanlarının vaxtının dəyişdirilməsi lazımdır:
“Biz illərdir təklif edirik ki, buraxılış imtahanları iyunun birinci yarısına keçirilsin. Bu həm tədris proqramlarının tam yerinə yetirilməsinə, həm də daha yaxşı hazırlığa gətirib çıxaracaq”.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər
Dövlət Qulluğu İmtahanları: Bu Həftə Kimlər Qeydiy...
Bugun.az
Diqqət! DİM abituriyentlərə müraciət etdi
Son Xeberler
DİM məlumat yaydı -
Son Xeberler
2025-ci ildə Xbox Game Pass-ə əlavə olunacaq oyunl...
Texnologiya xəbərləri
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Son Xeberler
Zala telefon keçirdi, sual kitabçasının şəklini so...
Son Xeberler