Koronavirusa görə imtahan verə bilməyənlərin taleyi necə olacaq? - RƏSMİ
Azərbaycanda 13-14 avqust tarixlərində II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək. Bəzi abituriyentlər koronavirusa yoluxma səbəbindən qəbul imtahanlarında iştirak edə bilməyəcəklər. Bəs, onların taleyi necə olacaq? Həmin abituriyentlərə yenidən şans veriləcəkmi?
Azvision.az bu suallara cavab tapmaq üçün Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə ilə əlaqə saxlayıb.
DİM rəsmisi bildirib ki, buraxılış imtahanlarının və yeni qəbul imtahanlarının birinci mərhələsi bir neçə istiqamət üzrə keçirilirdi deyə, üzrlü səbəbdən bu imtahanlarda iştirak edə bilməyənlər üçün növbəti imtahan günlərində şərait yaradıldı və onlar da gəlib imtahan verirdilər.
Qəbul imtahanlarına gəlincə, qurum rəsmisi deyib: "Qəbul imtahanlarının ikinci mərhələsi isə yalnız bir dəfə keçiriləcək. Bu proses zəncirvari şəkildə davam edə bilməz. 10 minlərlə insan imtahanda iştirak edir və onların nəticələri dərhal emal olunmalıdır ki, ixtisas seçimi etsinlər və müsabiqə keçirilsin".
Etiketlər
Oxşar xəbərlər
DİM abituriyentlərə müraciət etdi
Son Xeberler
Zala telefon keçirdi, sual kitabçasının şəklini so...
Son Xeberler
6 Bürc üçün Gözlənilməz Görüşlər: Taleyi Dəyişdirə...
Bugun.az
Rezidentura imtahanları ilə bağlı şərtlər
Son Xeberler
Vahid Əhmədov Operativ Qərargahı TƏNQİD ETDİ
Son Xeberler
Azərbaycanda buraxılış imtahanları keçirilir
Son Xeberler