🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Biz Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq - Prezident

14.03.2025 15:25 3 baxış sayı 2 dəq. oxuma
Biz Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq - Prezident

Ətrafda baş verən böhranlardan regionun qorunması vacib məsələdir.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib.

O təəssüflə xatırladıb ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub:

“Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq”.

Dövlət başçısı qeyd edib ki, o zaman SSRİ çərçivəsində müstəqil dövlətlər yox idi, hərə öz gələcəyini planlaşdırmaq iqtidarında deyildi:

“Böyük mənada mərkəzi Sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik”.

Paylaş: