"Testi neqativ çıxanlar da..." - Koronavirusla bağlı sensasiyalı AÇIQLAMA

27.06.2020 17:22 854 baxış sayı 1 dəq. oxuma
"Testi neqativ çıxanlar da..." -

"Test nəticəsi neqativ olan, amma ağciyərlərdə buzlu şüşə effekti yaranan şəxslərin yoluxdurma ehtimalı var."

Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev "Real İntervyu"nun qonağı olarkən deyib.

"Bu şəxslər də Covid-19 xəstələri kimi ətrafdakılar üçün təhlükəli hesab olunur. Bu şəxslər ev şəraitində izolyasiya oluna bilməz. Buzlu şüşə sindromu varsa, onlar mütləq xəstəxana şəraitində müşahidə altında olmalıdırlar. Ev şəraitində izolyasiya olunanlar yüngül, buzlu şüşə simptomu olmayan xəstələrdir", deyə C.İsayev qeyd edib.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: