
AQTA bu uşaq qidası barədə xəbərdarlıq yaydı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə daxilində potensial təhlükəli uşaq qidasının mövcudluğu riski ilə bağlı əhaliyə xəbərdarlıq yayıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) INFOSAN şəbəkəsindən gələn rəsmi məlumatlara görə, Amerika Birləşmiş Ştatlarında (ABŞ) körpələr arasında botulizm hadisələri qeydə alınıb. Bu hallar "ByHeart Whole Nutrition Infant Formula" adlı uşaq qidasının istifadəsi ilə birbaşa əlaqələndirilir. AQTA bildirir ki, bu məhsul rəsmi yollarla ölkəyə idxal edilməsə də, onlayn platformalar vasitəsilə fərdi sifarişlər potensial risk yarada bilər. Buna görə də valideynlərin xüsusilə diqqətli olması gərəkir.
Botulizm, adətən "clostridium botulinum" bakteriyası ilə çirklənmiş qidalarda yaranan toksinlərin qəbulu nəticəsində ortaya çıxan, ağır gedişli və potensial ölümcül bir xəstəlikdir. "Clostridium botulinum" bakteriyası oksigensiz mühitdə təhlükəli botulinum toksinlərini ifraz edir. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatları ciddi rəqəmlər göstərir. 2025-ci il 17 noyabr tarixinə kimi 13 ştat üzrə 23 şübhəli və təsdiqlənmiş yoluxma halı aşkar edilib, bütün yoluxan körpələr xəstəxanaya yerləşdirilib. Xəstəlik qəbizlik, iştahasızlıq, halsızlıq, zəif emosiya ifadəsi, zəif ağlama və başı şaquli tutma qabiliyyətinin azalması kimi fərqli simptomlarla təzahür edir. ABŞ-da hökumət artıq sözügedən məhsulun bütün partiyalarının və bütün qablaşdırma formalarının istifadəsinin dərhal dayandırılmasını tövsiyə edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan araşdırma müəyyənləşdirdi ki, "ByHeart Whole Nutrition Infant Formula" ölkəyə idxal edilməyib. Buna baxmayaraq, agentlik xəbərdarlıq edir ki, məhsul Amazon.com və digər onlayn platformalar vasitəsilə şəxsi istehlak məqsədilə sifariş oluna bilər. Məhz fərdi qaydada əldə edilən məhsulların mövcudluğu və istifadəsi ölkə daxilində risk doğura bilər. AQTA mövcud internet resursları və digər kommunikasiya alətləri vasitəsilə aşkar olunmuş və potensial təhlükələr, habelə bu təhlükələrdən irəli gələn risklər barədə maraqlı şəxsləri məlumatlandırıb. INFOSAN şəbəkəsindən əlavə məlumat daxil olduğu təqdirdə, yenilənmiş məlumatlar dərhal ictimaiyyətə açıqlanacaq.
Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Qəzzada 40 mindən çox uşaq aclıqla üz-üzədir
Bugun.az

AQTA bu qida ilə bağlı xəbərdarlıq etdi
Bugun.az

AQTA energetik içkilərlə bağlı məlumat yaydı
Bugun.az

Bu restoranlarda yemək yeməyin - Mətbəxdə iyrənc m...
Son Xeberler

Dönər üçün Yeni Qaydalar: Mənşəyi Təsdiq Olmayan Ə...
Bugun.az
AQTA qanunsuz heyvan kəsimi və ət satışı fəaliyyət...
Azəri Xəbər


