
Yarım milyard manatlıq vəsaiti leqallaşdırmaqda ittiham olunan şəxslər özlərini təqsirli bilmir
Yarım milyard manatlıq vəsaiti leqallaşdırmaqda və vergidən yayınmaqda ittiham olunan altı nəfərin məhkəmə prosesi başlayıb. Təqsirləndirilən şəxslər Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, əmisi oğlu Fərhad Qasımov, eləcə də Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovdur. Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilir, lakin məhkəmə hakimlərin tərkibinin dəyişdirildiyini bildirib. Məlum olub ki, əvvəllər işə baxan hakim Anar Sadıqov elmi fəaliyyəti ilə məşğul olmaq üçün vəzifəsindən istefa verib. Məhkəmə Hüquq Şurası onun istefasını qəbul edərək hakimlik fəaliyyətinə xitam verib.
Hakimlərin tərkibində dəyişiklik olduğu üçün cinayət işi üzrə araşdırma yenidən başlanıb. Bu səbəbdən yenidən başlayan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onların hüquq və vəzifələri izah edilib, vəkilləri müəyyən edilib. Daha sonra məhkəmə istintaqının təzələnməsi barədə qərar qəbul edilib və dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən **beş təqsirləndirilən şəxs** - İkram Qasımov, Bahadur Qasımov, Cavid Əzizov, Anar Əhmədov və Vəli Əliyev - özünü təqsirli bilməyib. Onlar ittihamda göstərilən böyük məbləğlərlə razılaşmadıqlarını deyiblər.
Bu işin əsası 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Yasamal rayonu ərazisindəki ofisdə qanunsuz pul köçürmələrinə qarşı keçirdiyi əməliyyatla qoyulub. İttihama görə, dəstə üzvləri xarici ölkələrdən Azərbaycana və Azərbaycandan xarici ölkələrə qanunsuz pul köçürmələri həyata keçiriblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti göstərməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri arasında vəzifə bölgüsü aparılmışdı. **Pulların leqallaşdırılması** Bakının Yasamal rayonunda, həmçinin İstanbul və Dubaydakı ofislərdə baş verib. Şirkət vasitəsilə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz vəsait xarici ölkələrə köçürülüb. Onlar xidmət haqqı kimi bu vəsaitin 1 faizini, yəni 2 milyon 500 min manatı özlərinə saxlayıblar.
Əməliyyat zamanı ofisdə və İkram Qasımovun evində axtarışlar aparılıb. Axtarışlar nəticəsində 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, eləcə də təxminən 1 milyon manat dəyərində 100-ə yaxın qızıl-brilyant əşyaları tapılıb. Bu qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir. Həbs edilmiş şəxslərin özlərinə və ailə üzvlərinə aid olan çoxsaylı əmlakın, o cümlədən 100-ə yaxın bahalı avtomobilin üzərinə həbs qoyulub. Hesablamalara görə, bütün əmlakların ümumi dəyəri **yarım milyard manat** həddinə yaxındır. Proses noyabrın 27-də davam edəcək.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ödənişli xidmətlərin dəyəri artdı
Bugun.az

Azərbaycan əhalisi pullarını əsasən bu məhsullara...
Son Xeberler

Azərbaycan əhalisinin yanacaq xərcləri artıb
Bugun.az

Azərbaycanın 9 ayda müdafiə və milli təhlükəsizlik...
Azəri Xəbər

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma...
Azəri Xəbər

Çində iş adamı korrupsiyaya görə edam edildi
Son Xeberler



