
Azərbaycan əhalisinin yanacaq xərcləri artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 785,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb
bu, ötən ilin eyni ayları ilə müqayisədə 7,8 % çoxdur.
Ötən 9 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 milyard 422,8 milyon manatlıq, o cümlədən 25 milyard 359,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 63,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,8 % artıb.
Oxşar xəbərlər

DSMF xərcləri 9%-dən çox artıb
Bugun.az

Azərbaycan əhalisinin sayı açıqlandı
Son Xeberler

Dövlət Sosial Müdafiə Fondunun xərcləri artıb
Bugun.az

Avtomobilinizin Yanacaq Sərfiyyatını Azaltma Yolla...
Texnologiya xəbərləri

“Qarabağ Futbol Klubu”nun gəlirləri 40% artıb
İdman Xəbər

Tanınmış jurnalistin avtomobilinin 75 litrlik yana...
Son Xeberler