Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Ödənişli xidmətlərin dəyəri artdı

29.05.2025 07:25 64 baxış sayı 1 dəq. oxuma Metbuat
Ödənişli xidmətlərin dəyəri artdı

Bu ilin yanvar-mart aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard 134,5 milyon manat olub.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə real ifadədə 11 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 778,8 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 83,3 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,4 % artaraq 3 milyard 334,7 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 530,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 %-ini təşkil edib.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: