
Prokuror sənədlərin və sübutların David Babayanla bağlı olan hissəsini elan edib

Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi noyabrın 7-də dövlət ittihamını müdafiə edən prokurorların çıxışı ilə davam etdirildi. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli məhkəmə iclasında təqsirləndirilən şəxs David Babayan Klimi ilə bağlı sənədlərin və sübutların hissəsini diqqətə çatdırdı.
İttiham tərəfinin bildirdiyinə görə, D. Babayan Ermənistan tərəfindən davam etdirilən təcavüzkar müharibə zamanı 1998-ci ildə qondarma qurumun fəaliyyətinə qoşulub və 2023-cü ilə qədər müxtəlif “vəzifələr”də işləyib. Bu fakt həm onun öz ifadəsi, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlər əsasında təsdiqlənib. İttiham tərəfi 1998-2023-cü illər ərzində baş vermiş cinayət hadisələrini bütövlükdə D. Babayana aid edir. Çünki o, hərbi qulluqçu olmasa da, sadə mülki vətəndaş olmayıb və cinayətkar birliyin siyasətinin formalaşmasında bilavasitə iştirak edib.
İşin faktiki halları və məhkəmə sübutları göstərir ki, D. Babayan silah götürüb döyüş əməliyyatlarında iştirak etməsə belə, cinayətkar birliyin ideologiyasının və qondarma qurumun siyasətinin həyata keçirilməsində birbaşa iştirak edib. O, törədilən cinayətlər barədə məlumatlı olub, lakin qarşısının alınması üçün heç bir addım atmayıb. Əksinə, nifrəti və düşmənçiliyi alovlandırmaqla yeni cinayətlərin törədilməsinə zəmin yaradıb. Bu yolla o, qeyd edilən dövr ərzində baş vermiş cinayətlərdə dolayı yolla iştirakçı olub. D. Babayan müsahibələrində və sosial şəbəkə paylaşımlarında cinayətkar birliyin əməllərinə haqq qazandırıb, işğalın davam etdirilməsini, hətta “Azərbaycan Respublikasının yeni ərazilərinin işğal edilməsinin zəruriliyini vurğulayan” fikirlər səsləndirib. O, müharibə planlarının siyasi əsaslandırıcısı və ideoloji təbliğatçısı kimi çıxış edib.
İttiham tərəfi bildirib ki, Beynəlxalq Hərbi Tribunalın Nürnberq presedentində təsbit edildiyi kimi, təcavüzkar müharibə yalnız silahı əlinə alanların deyil, həm də onu planlaşdıran, qanuniləşdirməyə çalışan və beynəlxalq aləmə çıxaranların da cinayət məsuliyyəti doğurur. Beləliklə, D. Babayan təcavüzkar müharibənin hazırlanması, təşkili, aparılması və legitimləşdirilməsində qəsdən və bilavasitə iştirak etməklə müharibə, sülh və insanlıq əleyhinə olan cinayətlərin törədilməsində dolayı yolla iştirak edib. Hazırda Ermənistan vətəndaşlarının sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən terrorçuluq və hakimiyyəti zorla ələ keçirmə kimi çoxsaylı cinayətlərdə ittiham olunduğu məhkəmə davam etdirilir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

David Babayan müharibə planlarının siyasi əsasland...
Azəri Xəbər

Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin el...
Azəri Xəbər

Kargüzar vakansiyası
Edumap.az Təhsil Portalı

Məhkəmədə Harutyunyan, Mnatsakanyan, Sahakyan, Man...
Azəri Xəbər

Təyyarə qəzası ilə bağlı istintaq davam edir - Baş...
Bugun.az

Separatçı rejimin “rəhbərləri” axtarışda verildi
Son Xeberler



