
David Babayan müharibə planlarının siyasi əsaslandırıcısı və ideoloji təbliğatçısı qismində çıxış edib - MƏHKƏMƏ

Noyabrın 7-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli məhkəmə iclasında David Babayan Klimi ilə bağlı sənədlərin və sübutların hissəsini diqqətə çatdırıb.
Prokurorluq David Babayanın Ermənistan tərəfindən davam etdirilən təcavüzkar müharibə dövründə 1998-ci ildə qondarma qurumun fəaliyyətinə qoşulduğunu bildirib. O, 2023-cü ilə qədər müxtəlif “vəzifələr”də işləyib. Bu faktlar həm onun öz ifadəsi, həm də məhkəmə istintaqı zamanı tədqiq edilən sənədlər əsasında təsdiqlənib. İttiham tərəfi 1998-2023-cü illər ərzində baş vermiş cinayət hadisələrini D. Babayana aid edir, çünki o, hərbi qulluqçu olmasa belə, sadə mülki vətəndaş olmayıb.
İşin faktiki halları, toplanmış çoxsaylı sübutlar, habelə təqsirləndirilən şəxslər tərəfindən verilmiş ifadələr bunu göstərir. D. Babayan birbaşa əlinə silah götürüb döyüş əməliyyatlarında iştirak etməsə də, cinayətkar birliyin ideologiyasının və qondarma qurumun siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində bilavasitə iştirak edib. O, cinayətlərdən agah olub, lakin imkanları daxilində olmasına baxmayaraq, onların qarşısını almaq üçün heç bir tədbir görməyib. Əksinə, nifrəti və düşmənçiliyi alovlandırmaqla yeni cinayətlərin törədilməsinə zəmin yaradıb. Bu yolla o, həmin dövr ərzində baş vermiş cinayət hadisələrinin törədilməsində dolayı yolla iştirak edib.
Vurğulanıb ki, D. Babayan müsahibə və sosial şəbəkə paylaşımlarında cinayətkar birliyin əməllərinə haqq qazandıran fikirlər səsləndirib. O, işğalın davam etdirilməsini, hətta “Azərbaycan Respublikasının yeni ərazilərinin işğal edilməsinin zəruriliyini” vurğulayıb. İttiham tərəfi D. Babayanın müharibə planlarının siyasi əsaslandırıcısı və ideoloji təbliğatçısı qismində çıxış etdiyini bildirib. Beynəlxalq Hərbi Tribunalın Nürnberq presedenti göstərir ki, təcavüzkar müharibə təkcə silahı əlinə alanların deyil, həm də onu planlaşdıran, qanuniləşdirməyə çalışan və beynəlxalq aləmə çıxaranların cinayət məsuliyyətini yaradır. Beləliklə, D. Babayan təcavüzkar müharibənin hazırlanması, təşkili, aparılması və qanuniləşdirilməsində qəsdən iştirak etməklə, sülh və insanlıq əleyhinə olan çoxsaylı cinayətlər törədilməsində dolayı yolla iştirak edib.
Hazırda Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam edir. Onlar sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, soyqırımı, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və hakimiyyəti zorla ələ keçirmə kimi fərqli cinayətlərdə təqsirləndirilir.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Prokuror sənədlərin və sübutların David Babayanla...
Azəri Xəbər

Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa...
Azəri Xəbər

Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin el...
Azəri Xəbər

Ermənistan vətəndaşlarının məhkəməsi davam etdiril...
Azəri Xəbər

Separatçı rejimin “rəhbərləri” axtarışda verildi
Son Xeberler

Masis şəhərinin meri həbs edilib
Azəri Xəbər



