
“Böyük Qayıdış”a sağlamlıq dəstəyi – Səhiyyə Nazirliyinin oftalmoloji aksiyası Suqovuşanda

Bakı. Trend:
İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 17-də nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Ağdərə rayonunun Suqovuşan qəsəbəsində əhali üçün oftalmoloji tibbi müayinələr aparılıb.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aksiyanın başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.
Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.
Aksiya zamanı 120-ə yaxın Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və digər yaşayış məntəqələrinin sakinləri müayinələrdən keçiblər.
Aksiya zamanı məlumat verilib ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.
Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər

Saatlı rayonunda kütləvi etiraz aksiyası - VİDEO
Son Xeberler

Qumar virus kimi yayılır
Tibbi məlumatlar

Polkovnik şəhid oldu
Son Xeberler

Apple-dan Yeni Səhiyyə Xidməti: Apple Health+
Texnologiya xəbərləri

İrəvanda yenidən etiraz aksiyası keçirilir
Son Xeberler

“Səhiyyə Nazirliyi sanki süddən çıxmış ağ qaşıqdır...
Son Xeberler