🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
6 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Rashad Mirza
Rashad Mirza
4 abunə

Qumar virus kimi yayılır - Mütəxəssislərdən XƏBƏRDARLIQ

30.10.2024 11:32 59 baxış sayı 1 dəq. oxuma
Qumar virus kimi yayılır

Dünyanın aparıcı səhiyyə təşkilatlarının mütəxəssislərinin fikrincə, qumar qlobal ictimai sağlamlıq üçün getdikcə böyüyən bir təhdid halına gəlib və bu problemin təcili olaraq alkoqol və tütündəki kimi tənzimləmələrlə həll olunması lazımdır.

Lancet İctimai Səhiyyə Komissiyası tərəfindən yayımlanan hesabatda mobil telefonlar və internetin yayılması ilə qumar oynama nisbətlərinin sürətlə artdığı və bu vəziyyətin əvvəlki dövrlərdən daha çox insana mənfi təsir etdiyi vurğulanıb.

Hesabatda dünya miqyasında təxminən 450 milyon insanın qumarla bağlı davranış problemi yaşadığı və ya fərdi, sosial və ya sağlamlıq baxımından zərərli nəticələrə məruz qaldığı öz əksini tapıb.

Bu insanlardan ən az 80 milyonu həyatlarında mənfi nəticələrə baxmayaraq davamlı və təkrarən mərc oynama meyli göstərən "qumar pozğunluğu" adlanan bir psixi sağlamlıq problemi ilə mübarizə aparır.

Paylaş: