🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

“Səhiyyə Nazirliyi sanki süddən çıxmış ağ qaşıqdır” Aqil Abbas

06.08.2020 09:10 643 baxış sayı 1 dəq. oxuma
“Səhiyyə Nazirliyi sanki süddən çıxmış ağ qaşıqdır”

“Əlilliyin müəyyən olunması səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən alınıb Səhiyyə Nazirliyinə verildi. Buna görə də əlilliklə bağlı bu nazirliyi ittiham etmək lazım deyil”. 

Bunu Milli Məclisin iclasında deputat Aqil Abbas deyib.

O bildirib ki, sanki Səhiyyə Nazirliyi süddən çıxmış ağ qaşıqdır.

“Səhiyyə Nazirliyinin yerlərdəki baş həkimləri guya əlilliyin müəyyən olunmasını həyata keçirirlər. Azərbaycanda Səhiyyə Nazirliyi heç öz işini görə bilmir.

Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”, - deyə A.Abbas əlavə edib.

Paylaş: