Azərbaycanda silah istehsalının erkən mərhələləri - Qərbi Azərbaycan Xronikası

15.11.2025 22:37 5 baxış sayı 4 dəq. oxuma Report
Azərbaycanda silah istehsalının erkən mərhələləri - Qərbi Azərbaycan Xronikası

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdim etdiyi "İrsimiz" rubrikasının növbəti buraxılışı yayımlanıb. Bu buraxılışda tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov çıxış edərək Azərbaycanda silah istehsalının qədim tarixi, onun erkən mərhələləri, döyüş arabaları və cəngavər dəstələri haqqında danışıb. O, Azərbaycanda daş dövrünün silahlarını, istehsal olunan ox ucluqlarının əsas cəhətlərini açıqlayıb.


Səbuhi Əhmədov qeyd edib ki, mezolitdə ox ucluqları istehsalı texnologiyanın başlanğıcı sayılır. O izah edib ki, tunc dövründə Azərbaycanda qılınc və xəncər sənətkarlığı mövcud idi. Hətta o dövrə aid iki metrə yaxın boyda döyüşçü qəbirləri tapılıb. Mütəxəssis tunc bilərziklərin o dövrdə təltif və status nişanəsi olduğunu bildirib. At dəfnləri isə süvari dəstələrin yaranma tarixini ortaya çıxardı. Arxeoloji sübutlar göstərir ki, Azərbaycanda döyüş arabaları və cəngavər dəstələri olub. O vurğulayıb ki, qılınc ustalığı və döyüş təlimi Azərbaycanda silah istehsalının inkişafında böyük rol oynayıb.


S.Əhmədov həmçinin silah materiallarının necə dəyişməsi, qəbiristanlıqların yan-yana yerləşməsinin mənası, tunc dövrünün bəzəkləri, qəbir kompleksi, kişilərin status atributları, süvariliyin təzahürləri və arxeoloji qazıntılardan çıxan silah nümunələri ilə bağlı maraqlı faktlar söyləyib. Qərbi Azərbaycan Xronikası layihəsinin əsas məqsədi tarixi torpaqlarımızın adının yaşaması və tanıdılmasıdır. Layihə azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qalması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələrinin - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması üzərində dayanır. Bu işin digər vacib hissəsi həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktları dünya ictimaiyyətinə çatdırmaqdır.


Layihə Prezident İlham Əliyevin "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin" fikrini əsas tutur. Buna görə də, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələr təbliğ edilir. Bundan başqa, layihə Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini və deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırır.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: