
Qərbi Azərbaycan Xronikası: Tarixi abidələr sübut edir ki, Dərələyəzin köklü sakinləri azərbaycanlılardır
                            
                        “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində hazırlanan növbəti veriliş efirə gedib. “Report” xəbər verir ki, jurnalist Rufik İsmayılovun budəfəki müsahibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) şöbə müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramov olub. Professor Bayramov, Qərbi Azərbaycanın yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Həsən Mirzəyevin həyatından və elmi işlərindən danışıb. Bu söhbət Qərbi Azərbaycanın tarixi və mədəni irsinin təbliği baxımından böyük əhəmiyyət daşıyır.
İbrahim Bayramov qeyd edib ki, professor Mirzəyevin geniş elmi fəaliyyəti filologiyanın bütün sahələrini əhatə edib. O vurğulayıb ki, Azərbaycan dilçiliyində heç bir alim feil bəhsini Həsən Mirzəyev qədər dərindən araşdırmayıb. Müsahib daha sonra H. Mirzəyevin doğulub boya-başa çatdığı Dərələyəz mahalından, Qovuşuq kəndindən və bu yaşayış məntəqəsinin tarixindən söz açıb. O bildirib ki, bölgədə yerləşən tarixi abidələr Dərələyəzin köklü sakinlərinin azərbaycanlılar olduğunu qətiyyətlə sübut edir. Professor Bayramov həmçinin ermənilərin Qərbi Azərbaycanda, o cümlədən Dərələyəzdə törətdikləri vandalizm aktlarını da diqqətə çatdırıb.
“Qərbi Azərbaycan Xronikası” layihəsinin əsas məqsədi tarixi torpaqlarımızın adının yaşadılması və dünya ictimaiyyətinə tanıdılmasıdır. Layihə azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qalmasını və həmin ərazilərdə mövcud olmuş, lakin adları silinmiş toponimləri üzə çıxarmağı hədəfləyir. Buraya saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri daxildir; qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar. Bu işlərin hamısı həmin ərazinin təmiz Oğuz-Türk məskənləri olduğunu təsdiq edən faktları beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi daşıyır.
Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.
Bütün məqalələrə baxınOxşar xəbərlər
                                                                Qərbi Azərbaycan Xronikası: Qaraçılarla ermənilər...
Azəri Xəbər

Ermənistan azərbaycanlıların geri qayıtmasının qaç...
Azəri Xəbər

Qərbi Azərbaycan Xronikası: "Andranik ermənilərə y...
Azəri Xəbər
                                                                Qərbi Azərbaycan Xronikası: Hansı ərazilər Azərbay...
Azəri Xəbər

Nadir Şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı...
Azəri Xəbər

Qərbi Azərbaycan Xronikası: 1937-ci il repressiyal...
Azəri Xəbər
                                        


