İlkin Əhmədov ailəsinə görə polisə müraciət etməyə hazırlaşır
Əməkdar artist İlkin Əhmədova "7 Tamam" proqramında sürpriz edilərək, üçüncü övladının dünyaya gələcəyi haqda məlumat verilib. Xəbəri efirdə öyrənən muğam ifaçısının bu görüntüləri sosial şəbəkədə tənqid edilib.
Axşam.az-a açıqlama verən İlkin Əhmədov məsələyə aydınlıq gətirib.
O bildirib ki, verilişdə ona qarşı edilən bu sürprizə çox əsəbiləşib:
"Proqramın prodüseri olan xanım mənə yazdı ki, sizə necə sürpriz edək? Mən də razılaşmadım, dedim ki, mənə heç nə etməyin. Gediblər mənim razılığım olmadan ailəmin nömrəsini tapıb, anama, bacıma, həyat yoldaşıma zəng ediblər. Hamıya da yalvarıb ki, İlkin bilməsin. Niyə, məqsəd nədir? Əgər mən sizə icazə vermirəmsə, niyə üstümdən aşıb bu dərəcədə irəli getdiniz?
Sürpriz efirin sonunda oldu. Orada tamaşaçıya hörmətsizlik olmasın deyə, proqramı tərk etmədim. Verilişin sonuna kimi soruşdum ki, nədir sürpriz? Dedilər, sizə xeyir olan bir şeydir, narahat olmayın. Mən belə şeylərə yol vermirəm. İnsanlar niyə məni tənqid etməlidirlər?"
İfaçı qeyd edib ki, qarşı tərəf ondan üzr istəməsə, polisə müraciət edəcək: "Qəti fikrimdir, ərizəm də hazırdır. Mənə açıqlama versinlər ki, niyə bunu ediblər, ailəmin nömrəsini haradan tapıblar? Çıxıb hər yerdə məndən üzr istəsinlər. Yoxsa polisə müraciət edəcəyəm".
Oxşar xəbərlər
İlkin Əhmədov: "7 Tamam" verilişində ona edilən sü...
Bugun.az
Tağı Əhmədov
Xəbər Anı
"Polisə artıq-əksik söz deyəndə, döyməyə haqqı var...
İdman Xəbər
İcra başçısının bacısı oğlu faciəvi şəkildə həlak...
Xəbər Anı
6 aylıq hamilə arvadını dənizdə boğan şəxs hakim ö...
Son Xeberler
Bakıda məktəbli dərsdən sonra itkin düşüb
Xəbər Anı