🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

6 aylıq hamilə arvadını dənizdə boğan şəxs hakim önündə

23.11.2020 08:17 444 baxış sayı 2 dəq. oxuma
6 aylıq hamilə arvadını dənizdə boğan şəxs hakim önündə

Bu ilin yayında 6 aylıq hamilə arvadını dənizdə boğaraq öldürməkdə təqsirləndirilən Anar Əhmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 A.Əhmədovun cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq. Prosesin ilkin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, avqustun 7-də gecə saatlarında Xəzər dənizin Sumqayıt şəhərinə düşən hissəsində 6 aylıq hamilə Şəhanə Əhmədovanın meyiti tapılmışdı. İlkin olaraq onun dənizdə çimərkən boğulduğu ehtimal edilirdi. Lakin istintaqla müəyyən edilib ki, 33 yaşlı Şəhanə Əhmədovanı 34 yaşlı əri Anar Əhmədov öldürüb.  

Belə ki, A.Əhmədov istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qətlə yetirib. Anar Əhmədov Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə ittiham edilir.

Paylaş: