Daha bir tiktoker həbs edildi - FOTO

30.10.2024 16:59 192 baxış sayı 1 dəq. oxuma
Daha bir tiktoker həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən növbəti tədbir nəticəsində "Eliş" ləqəbli Elsevər Nəbiyev saxlanılıb.

Araşdırmalarla onun narkotik aludəçisi olduğu da müəyyən edilib.

Məhkəmənin qərarı ilə E.Nəbiyev 25 sutka inzibati qaydada həbs edilib.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: