Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Tiktoker Nurdan ev dustaqlığına buraxıldı

10.03.2025 13:25 113 baxış sayı 2 dəq. oxuma Metbuat
Tiktoker Nurdan ev dustaqlığına buraxıldı

Narkotiklə əlaqəli cinayət ittihamı ilə həbs edilən tiktoker Nurdan Yusifova ev dustaqlığına buraxılıb.

Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

Nurdanının vəkili əvvəlcə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Amma vəsatət təmin edilməyib.

Cavid Hüseynin sədrlik etdiyi yuxarı instansiya məhkəməsi bu gün həmin qərarı ləğv edib.

Nurdan barəsində 2 ay əvvəl seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Xanım tiktoker məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Nurdan polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı tədbirlər görməyə başladıqdan sonra həbs edilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: