Bu gecə Bakıda bir sıra yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
Oktyabrın 26-dan 27-nə keçən gecə saat 2 radələrindən 6 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün məhdudiyyətlər tətbiq edilməklə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Bu barədə Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, hava limanı istiqamətinə alternativ yol kimi sürücülər "20 Yanvar", Ziya Bünyadov, Qara Qarayev prospekti, Nargilə dairəsi kimi tanınan ərazidən Zığ yoluna keçməklə hərəkət edə bilərlər.
Bilgəh Kardioloji Sanatoriyasından Hava limanı istiqamətində məhdudiyyət tətbiq olunduğundan sürücülər Maştağa qəsəbəsi, Albalılıq ərazisi və Qala dairəsindən Zığ şosesinə keçməklə hərəkət edə bilərlər.
Cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi isə sürücülər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə daxil ola bilərlər.
Sürücülərdən monitorinq müddətində müəyyən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları xahiş olunur.
Oxşar xəbərlər
Bakıda Bəzi Küçələrdə Nəqliyyatın Hərəkət İstiqamə...
Bugun.az
Bu istiqamətlər üzrə avtobuslar hərəkət edə bilmir...
Son Xeberler
"Qarda maşın sürə bilməyənlər yola çıxmasınlar" -...
Son Xeberler
Bakının bəzi yollarında sıxlıq yaranıb
Son Xeberler
Sabah yağış yağacaq? - Hava dəyişkən olacaq
Bugun.az
Sabah bəzi ərazilərə qar yağacaq
Bugun.az