🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
11 abunə

Bakıda Bəzi Küçələrdə Nəqliyyatın Hərəkət İstiqaməti Dəyişdiriləcək

26.10.2024 10:25 205 baxış sayı 1 dəq. oxuma
Bakıda Bəzi Küçələrdə Nəqliyyatın Hərəkət İstiqaməti Dəyişdiriləcək

26 oktyabr gecəsi saat 02:30-dan 27 oktyabr səhəri 05:30-dək Bakıda bəzi küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.


Bu dəyişikliklər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinə hazırlıq məqsədilə nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi ilə əlaqədardır.


Heydər Əliyev Beynəlxalq Aeroportuna getmək istəyən vətəndaşlardan 8 Noyabr prospekti və Zığ Şosesi, həmçinin Novxanı, Zuğulba, Mərdəkan yolundan istifadə etmələri xahiş olunur.


Paylaş: