
Bakıda proqram vasitəsilə kartdakı pulları oğurladılar

Bakı şəhər sakini olan bir nəfərin bank kartındakı pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla 4691 manat vəsaitin həmin şəxsin mobil telefonunda olan tətbiq vasitəsilə oğurlanması məlum olub.
Oğurluq əməlində şübhəli bilinən 18 yaşlı N.Aslanov müəyyən olunaraq polis əməkdaşları tərəfindən saxlanılıb.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin içərisində pulu, sənədi və bank kartı olan pulqabısını, sonradan həmin bank kartı ilə alış-veriş edərək vəsaitini oğurlamaqda şübhəli bilinən 42 yaşlı M.Ramazanov müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
Etiketlər
Oxşar xəbərlər

Bakıda qadının sevgilisi xərclədiyi pulları onun ə...
Xəbər Anı

Rəqqasə Fatimə: "Pulları ütüləyib yığırdım" -
Şou Xəbər

Bezos və Samsung, Nvidianın rəqibinə milyonlar yat...
Texnologiya xəbərləri

Deputat: “TƏBİB həkimlərə ayrılan pulları vermir”...
Son Xeberler

Proqram təminatının testi və keyfiyyətinə nəzarət...
Edumap.az Təhsil Portalı

Bakıda taksi sürücüsü sərnişinə bıçaqla hücum etdi
Son Xeberler