🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Niyə balığı qatıqla yemək olmaz? - SƏBƏB

26.11.2024 11:26 40 baxış sayı 2 dəq. oxuma
Niyə balığı qatıqla yemək olmaz?

"Nə üçün balığı qatıqla yemək olmaz?" sualının cavabı yəqin ki, sizə də maraqlıdır.

Çoxları balıq və qatıq birlikdə yeyildikdə qida zəhərlənməsinə səbəb olacağını düşünür. Balıqla qatığın xüsusilə mədə və bağırsaq sağlamlığına mənfi təsir göstərdiyi deyilir.

Bəs, doğrudan da, belədirmi?

Balıqla qatıq yeməyin zəhərlənməyə səbəb olduğuna dair elmi sübut yoxdur.

Bu iki qidanı birlikdə yemək mədənin pH səviyyəsinə təsir edə bilər. Balıqda həzm olunması çətin olan zülallar var, qatıq isə turşu rolunu oynaya bilər. Yəni bu ikili mədə turşuluğunu daha da artıra bilər.

Sadəcə olaraq, balığın təzə olduğundan əmin olmalısınız. Dondurulmuş balıq alırsınızsa, son istifadə tarixinə diqqət yetirin.

Eynilə, qatıq yeyərkən son istifadə tarixinə nəzər salmaq lazımdır.

Balığın bayat olub-olmadığını anlamaq üçün onun qəlpələrinin və gözlərinin parlaq olduğundan əmin olun.

Paylaş: