🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
6 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Rashad Mirza
Rashad Mirza
4 abunə

Çayı qətiyyən belə içməyin: Öldürür

03.11.2024 17:06 24 baxış sayı 3 dəq. oxuma
Çayı qətiyyən belə içməyin:

Çay, xüsusilə soyuq havalarda bədəni isidən və gündəlik olaraq sevilərək içilən içkilərdəndir. Lakin bəzi hallarda çayın qəbulunun təhlükəli nəticələr doğura biləcəyi məlum olub. Çayın yüksək miqdarda və ya çox isti formada qəbul edilməsi orqanizm üçün zərərli ola bilər, hətta ölüm riski yarada bilər.

Bəs çay içərkən hansı hallara diqqət etməliyik ki, sağlamlığımız təhlükəyə düşməsin?

Musavat.com çay içərkən diqqət edilməli məqamları təqdim edir:

Çayı həddən artıq isti içmək: Araşdırmalar göstərir ki, çox isti içki, o cümlədən çay içmək, qida borusu xərçənginin riskini artıra bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çayın 60 dərəcədən yüksək temperaturda içilməsini təhlükəli hesab edir. Çayın soyumasını gözləmədən içmək qida borusunda termik yanmalara, uzun müddətdə isə xərçəng riskinə səbəb ola bilər.

Çayın normadan artıq miqdarda içilməsi: Gün ərzində çoxlu miqdarda çay içmək də sağlamlığa zərər verə bilər. Çayın tərkibində yüksək miqdarda kafein və tein maddələri var ki, bu da maddələr ürək ritmini pozmağa, qan təzyiqini artırmağa və həzm sistemi ilə bağlı problemlərə səbəb ola bilər. Ən təhlükəli hallardan biri isə bədənin kalsiumu azaldaraq sümüklərin zəifləməsinə və sonda sümüklərin ərimə riskinə səbəb olmasıdır.

Çayı dərmanlarla birgə içmək: Çayın tərkibində olan bəzi maddələr dərmanların təsirini azalda və ya onlarla qarşılıqlı təsirə girərək xoşagəlməz nəticələr doğura bilər. Xüsusilə dəmir qəbul edən şəxslər üçün çay içmək dəmirin orqanizmdə sorulmasını çətinləşdirir. Məhz bu səbəbdən həkimlər dərman qəbul etdikdən dərhal sonra çay içməyi məsləhət görmür.

Mədə problemləri olanlar üçün böyük risk: Çayın tərkibində olan turşular mədə problemi yaşayan insanlar üçün xüsusilə risklidir. Qastrit, mədə xorası kimi xəstəlikləri olanlar çoxlu miqdarda çay içərsə, mədə turşuluğu arta və bu, xəstəliklərinin daha da ağırlaşmasına gətirib çıxara bilər.

Etiketlər

Paylaş: