🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə

“Uensdey”in ikinci mövsümünün yeni treyleri yayımlandı

10.07.2025 14:03 9 baxış sayı 2 dəq. oxuma
“Uensdey”in ikinci mövsümünün yeni treyleri yayımlandı

2022-ci ildə Netflix-də yayımlanaraq qısa müddət ərzində dünyada böyük populyarlıq qazanan “Uensdey” serialı, üç illik fasilədən sonra ikinci mövsümü ilə geri dönür. Tim Burton əsərinə xas atmosferi və baş rolda Jenna Orteqanın parlaq oyunçuluğu ilə seçilən serial, yeni mövsümün avqustun 6-da premyerasından əvvəl ilk tammetrajlı treylerini təqdim etdi.


Treyler eyni zamanda ikinci mövsüm üçün ilk hekayə detallarını da açıqlayır. Yeni mövsümdə Uensdey Adams, Nevermore Akademiyasına qayıdır. Hekayə, Uensdey öz fövqəltəbii qabiliyyətləri sayəsində ən yaxşı dostu Enid Sincların ölümünü proqnozlaşdırdıqda başlayır. Lakin, bu ölümə özünün səbəb olduğunu dərk etməsi, onu həm vicdanı, həm də zamanla mübarizəyə sürükləyir.


Enidi xilas etmək üçün Uensdey gələcəyi dəyişməli və çətin bir yola çıxmalıdır. Birinci mövsümündə yalnız gənc tamaşaçılar arasında deyil, həm də Addams ailəsi kainatının pərəstişkarları arasında böyük maraq doğuran serial, ikinci mövsümündə tanış simaların qayıdışına şahid olur. Jenna Orteqaya Emma Mayers, Ketrin Zeta-Cons və Luis Qusman əvvəlki mövsümdəki rollarına qayıdırlar.


Bu mövsümə yeni qoşulan aktyorlar arasında isə Stiven Bussemi, Billi Payper, Noah Teylor, Tandivi Nyuton, Franses O’Konnor, Heyli Coul Osment, Kristofer Loyd və Leydi Qaqa yer alır. Netflix serialın ikinci mövsümünü iki hissədə yayımlayacaq. İlk epizod avqustun 6-da, ikinci hissə isə sentyabrın 3-də premyera olacaq. Yeni mövsümün treyleri davam edən hekayəsi ilə yanaşı genişlənən kainatı ilə də maraqlı bir quruluşa işarə edir.


Paylaş: