🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Süni intellekt çağrı mərkəzlərində uğursuz oldu!

05.07.2025 07:03 10 baxış sayı 3 dəq. oxuma
Süni intellekt çağrı mərkəzlərində uğursuz oldu!

Çinli tədqiqatçıların apardığı yeni bir araşdırma süni intellektin çağrı mərkəzlərində effektiv işləmədiyini ortaya qoyub. Enerji şirkəti ilə aparılan müşahidələr göstərib ki, söhbətlərin yazıya çevrilməsi prosesində, xüsusilə müştərilərin ləhcəsi, sürətli danışığı və rəqəm ifadələri kimi hallarda süni intellekt ciddi problemlər yaşayır. Sistem, həmçinin sinonimləri və dilin təbii axarındakı incəlikləri də başa düşə bilmir.


Bu vəziyyət operatorların iş yükünü artırır və sistemin düzəldilməsinə çalışırlar. İşçilər süni intellektin duyğu tanıma qabiliyyətinin də etibarsız olduğunu bildirirlər. Araşdırmanın bir hissəsi olaraq müsahibə verilən operatorlar, süni intellektin adi söhbətləri qəzəb və narazılıq kimi mənfi duyğularla etiketlediyini və bunun səbəbinin adətən səs tonunun səhv şərh olunması olduğunu söyləyiblər. İşçilər müştərinin əhval-ruhiyyəsini öz təcrübələrinə və intuisiyalarına əsaslanaraq başa düşməyi üstün tuturlar.


Süni intellekt bəzi rutin yazı işlərində vaxt qazandırsa da, istehsal olunan məzmundakı semantik səhvlər, lazımsız təkrarlar və çatışmayan məlumatlar operatorları bu məzmunu yenidən redaktə etməyə məcbur edir. Bu da sistemin əlavə iş yaratmasına səbəb olur. Hesabatda vurğulanır ki, texnoloji inteqrasiya yalnız texniki deyil, həm də psixoloji və sosioloji problemlər yaradır. İşçilər arasında süni intellektdən istifadəyə qarşı görünən bir müqavimət var. İşlərini itirmə qorxusu, performans qiymətləndirmələrində süni intellekt analizlərinə bağlılıq və sistem tərəfindən yaradılan etibarsızlıq çağrı mərkəzi işçilərinin ümumi stress səviyyəsini artırır. Müştəri tərəfindən də oxşar narazılıq var. Tədqiqat göstərir ki, bir çox müştəri süni intellektə həddindən artıq bağlı müştəri xidməti strukturunu qəbul etmir. Son araşdırmalar göstərir ki, belə layihələrin 40 faizinin gələn illərdə ləğv olunması gözlənilir.


Paylaş: