🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Süni intellektin enerji ehtiyacı böhran yarada bilər!

29.05.2025 06:03 11 baxış sayı 2 dəq. oxuma
Süni intellektin enerji ehtiyacı böhran yarada bilər!

Dünyada sürətlə yayılan süni intellekt texnologiyaları enerji istehlakına təsirini getdikcə gündəmə gətirir. Hazırda məlumat mərkəzlərində istehlak olunan elektrik enerjisinin 20 faizi süni intellekt tətbiqləri tərəfindən istifadə olunur. Deyilir ki, bu göstərici ilin sonuna qədər iki dəfə arta bilər. Süni intellekti enerji ehtiyacı qlobal böhran yaradacaq. Süni intellektin enerji tələbatının çox sürətlə artdığı və Bitcoin mədənlərini geridə qoymaq üzrə olduğu bildirilir.


Google və Microsoft kimi iri texnologiya şirkətlərinin süni intellektə yönəltdiyi investisiya həcmi kriptovalyuta mədənlərindən xeyli çoxdur. Süni intellekt tətbiqlərinin işləməsi üçün tələb olunan emal gücü və istifadə olunan server infrastrukturunun da texnologiya nəhənglərinin iqlim hədəflərinə birbaşa təsiri var. Google tərəfindən dərc olunan 2024-cü il Davamlılıq Hesabatında şirkətin istixana qazı emissiyasının 2019-cu ildən bəri 48 faiz artdığı bildirilib.


Beynəlxalq Enerji Agentliyinin (IEA) 2025-ci il aprelinə olan hesabatına görə, məlumat mərkəzləri 2024-cü ildə təxminən 415 teravat-saat elektrik enerjisi istehlak edib. Bu miqdar Səudiyyə Ərəbistanının illik enerji istehlakına demək olar ki, bərabərdir. Mövcud inkişaf tendensiyası davam edərsə, bu istehlak 2030-cu ilə qədər 900 TWh-dən çox olacağı gözlənilir. Məlumat mərkəzlərinin enerji istehlakı ətraflı açıqlanmasa da, süni intellekt tətbiqlərinin nə qədər enerji istehlak etdiyinə dair birbaşa məlumatlar hələ də məhduddur. Çünki bu mərkəzlər bulud hesablamalarını, onlayn xidmətləri və müxtəlif rəqəmli infrastruktur və digər məlumatları da saxlayır.


Paylaş: