
Nvidia tarixdə ən yüksək bazar dəyərinə çatdı!

Süni intellekt çipləri sahəsindəki öncü işləri ilə son illərdə tez-tez gündəmə gələn Nvidia şirkəti, 3,92 trilyon dollarlıq bazar dəyəri ilə tarixinin ən yüksək şirkət dəyərinə çatdı. Bu dəyər, Apple şirkətinin 26 dekabr 2024-cü ildə qurduğu 3,915 trilyon dollarlıq rekordunu keçdi. Həmin günün səhər saatlarında səhmləri 2,4 faiz artaraq 160,98 dollardan əməliyyat edildi.
Nvidia-nın dəyərindəki bu artımın əsası, son nəsil süni intellekt çiplərinin böyük dil modellərində və digər süni intellekt tətbiqlərində göstərdiyi yüksək performansdır. Şirkətin avadanlıqları Microsoft, Amazon, Meta, Alphabet və Tesla kimi texnologiya nəhənglərinin süni intellektə yönəlmiş məlumat mərkəzlərinə investisiyalarında əsas komponent kimi istifadə olunur. Artan tələbat birbaşa şirkətin səhm dəyərinə əks olundu.
Bu dəyərlə Nvidia, Kanada və Meksika birjalarının ümumi dəyərini üstələdi, həmçinin Böyük Britaniyada açıq şəkildə ticarət olunan bütün şirkətlərin ümumi bazar dəyərini geridə qoydu. Səhm dəyəri son dörd ildə səkkiz qat artıb. 2021-ci ildə təxminən 500 milyard dollar bazar dəyərinə sahib olan Nvidia, 2025-ci ilədək 4 trilyon dollarlıq hədəfə yaxınlaşır. 4 aprel tarixindəki aşağı bağlanışdan bəri səhmlər 68 faiz artıb. Şirkət hazırda S&P 500 indeksinin 7 faizini təşkil edir.
Nvidia ilə yanaşı, Microsoft, Apple, Amazon və Alphabet birlikdə indeksdə 28 faiz paya sahibdirlər. Bu konsentrasiya pensiya fondları və fərdi investorların maliyyə performansının süni intellekt texnologiyalarının inkişafından çox asılı olmasına səbəb olur. 1993-cü ildə Jensen Huang tərəfindən yaradılan Nvidia, ilk illərində oyun avadanlıqları ilə tanınırdı. Lakin şirkət tədricən qrafik prosessorlarından süni intellekt çiplərinə keçərək özünü qlobal texnologiya sənayesinin mərkəzinə qoydu. 2024-cü ilin noyabr ayında Intel-i əvəz edərək Dow Jones Sənaye Ortalamasına daxil edilən Nvidia, yarımkeçirici sənayesindəki transformasiyanın ən görkəmli simvollarından biri halına gəldi.
Oxşar xəbərlər

Nintendo tarixdə ən yüksək bazar dəyərinə çatdı!
Texnologiya xəbərləri

Bitcoin Tarixdə Ən Yüksək Səviyyəyə Çatdı!
Texnologiya xəbərləri

NVIDIA Rəhbəri Nəhəng Şirkəti Geridə Qoydu!
Texnologiya xəbərləri

"NVIDIA" səhmləri rekord həddə yüksəldi
Bugun.az

Nvidia Qrafik Kartlar Bazarında Liderliyini Qoruyu...
Texnologiya xəbərləri

NVIDIA Dünyanın Ən Qiymətli Şirkəti Oldu!
Texnologiya xəbərləri