
Google ABŞ-da Yeni Atom Elektrik Stansiyaları Tikəcək

Süni intellekt sistemlərinin sürətli yayılması texnologiya şirkətlərinin enerji istehlakını xeyli artırıb. Bu artımı ödəmək üçün yüksək tutumlu enerji mənbələrinə üz tutan Google, ABŞ-da üç yeni atom elektrik stansiyası inşa edəcəyini açıqlayıb. Şirkət layihənin icrası üçün Elementl Power enerji şirkəti ilə razılaşma imzalayıb.
Google-un maliyyələşdirəcəyi bu yeni təşəbbüs, süni intellekt və məlumat mərkəzlərinin artan enerji ehtiyaclarına həll yolu tapmağı hədəfləyir. Hər bir atom elektrik stansiyasının ümumi quraşdırılmış gücünün 600 meqavat olacağı bildirilib. Layihəyə edilən sərmayə miqdarı və ya stansiyaların ABŞ-ın hansı bölgələrində tikiləcəyi ilə bağlı məlumatlar hələlik açıqlanmayıb.
Elementl Power 2035-ci ilədək ümumi atom enerjisi gücünü 10 qiqaqvata çatdırmağı planlaşdırır. Qeyd edək ki, Google ötən il Kairos Power ilə imzaladığı razılaşma ilə atom enerjisinə ilk addımını atmışdı. Bu razılaşma çərçivəsində kiçik modullu reaktorlar (SMR) inşa ediləcək və ümumi 500 meqavat atom enerjisi istehsalı hədəflənmişdi. Şirkətin yeni təşəbbüsü bu strategiyanın daha geniş miqyaslı versiyası olacaq.
Atom enerjisinə doğru yönəlmə yalnız Google ilə məhdudlaşmır. Amazon, Microsoft və Meta kimi digər şirkətlər də məlumat mərkəzlərinin enerji tələbatını ödəmək üçün oxşar razılaşmalar imzalayırlar. Bu inkişaflar özəl sektorun atom enerjisini yenidən strateji resurs kimi qəbul etdiyini göstərir.
Oxşar xəbərlər

Çin Atom Enerjisi Sahəsində Böyük Addım Atır
Texnologiya xəbərləri

Ərəb dünyasında ilk atom elektrik stansiyası istif...
Son Xeberler

Meta Məlumat Mərkəzləri üçün Atom Elektrik Stansiy...
Texnologiya xəbərləri

Bakı metrosunda problem yaşandı -Qatalra gecikir
Bugun.az

Android 15 Yenilənməsini Alacaq İlk Telefonlar Açı...
Texnologiya xəbərləri

Google Məlumat Mərkəzlərini Nüvə Enerjisi ilə Təmi...
Texnologiya xəbərləri