🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ford 1 milyondan çox avtomobili geri çağırır

29.05.2025 11:03 19 baxış sayı 2 dəq. oxuma
Ford 1 milyondan çox avtomobili geri çağırır

ABŞ-da Ford şirkəti 1 milyondan çox avtomobilini texniki səhv ucbatından geri çağırdı. Arxa görüntü kamerasında proqram təminatı ilə bağlı yaranan görüntüləmə problemi, sürücünün avtomobilin arxasını aydın görməsinə mane olur. Bu, qəza riskini artırır.


2021-2024-cü illər arasında istehsal olunan Ford Bronco, Edge, F-150, 2023-2024 Escape, 2022-2024 Expedition, 2024 Mustang, 2021-2023 Mustang Mach-E, 2022-2024 Lincoln Navigator və 2021-2023 Lincoln Nautilus modelləri bu geri çağırma kampaniyasına daxildir.


Şirkət, ilk şikayətləri yanvarda alsa da, yalnız kiçik bir qəza hadisəsinin bu problemdən qaynaqlandığını bildirib. Həll olaraq avtomobillərə uzaqdan (OTA) və ya səlahiyyətli dilerlər vasitəsilə proqram təminatı yenilənməsi təklif olunur.


Qeyd edək ki, Ford oxşar bir arxa görüntü kamerası problemi ilə əlaqədar olaraq 2020-ci ildə NHTSA tərəfindən 165 milyon dollar cərimə olunmuşdu. Bundan əlavə, aprel ayında arxa görüntü kamerası ilə əlaqədar 289.000 Bronco, F-Series və Expedition modelinin geri çağırılması da həyata keçirilmişdi.


Paylaş: