
Əlçatan Qiymətə Yeni MacBook Gəlir!

Apple şirkəti iPhone prosessorundan istifadə edən, əlçatan qiymətə malik yeni MacBook modeli üzərində işləyir. Bildirilir ki, yeni noutbuk mövcud MacBook Air-dən daha aşağı qiymətə satışa çıxarılacaq.
Cihazda Apple-ın noutbuk seriyasında əvvəllər istifadə olunmayan, iPhone 16 Pro modellərində olan A18 Pro çipinin olacağı bildirilir. 13 düymlük ekran ölçüsünə malik olacaq yeni modelin gümüşü, göy, çəhrayı və sarı olmaqla dörd rəng seçimi ilə istifadəçilərlə görüşəcəyi deyilir.
Dizayn baxımından Air seriyasına yaxın olması gözlənilsə də, aparat tərəfindən M seriyası əvəzinə A seriyası çipinin seçilməsi cihazı Apple-ın noutbuk seqmentində ən əlverişli model edə bilər. Geekbench testlərində A18 Pro çipinin tək nüvəli performansı təxminən 3500 bal toplayır. Bu bal Mac mini-də olan M4 prosessorundan bir qədər aşağı olduğunu göstərir. Çoxnüvəli testdə isə A18 Pro təxminən 8780 bal toplayır, M4 isə təxminən 15000 balla seçilir. Bu sahədə A18 Pro-nun performansı 2020-ci ildə Apple tərəfindən təqdim olunan M1 çipinə yaxındır. Bu, iPhone çiplərinin indi gündəlik istifadə tələbatını noutbuk səviyyəsində ödəyə biləcək səviyyəyə çatdığını göstərir.
Yeni MacBook-un kütləvi istehsalına 2025-ci ilin son rübündə və ya 2026-cı ilin birinci rübündə başlanılması planlaşdırılır. Cihazın satış tarixi və ya qiymət məlumatı hələ dəqiqləşdirilməyib. Apple bu model ilə məhsul çeşidini genişləndirmək və daha geniş istifadəçi bazasına çatmaq üçün addım ata bilər.
Oxşar xəbərlər

Əlçatan Qiymətə Yeni MacBook Gəlir!
Texnologiya xəbərləri

M3 Ultra Prosessorlu Yeni MacBook Pro Gəlir!
Texnologiya xəbərləri

Apple M5 Prosessorlu Cihazları Təqdim Edəcək!
Texnologiya xəbərləri

M4 MacBook Pro: Gözlənilməz Sızıntılar!
Texnologiya xəbərləri

Şüşə Qapaqlı MacBook Gəlir? Patent Alındı!
Son Xeberler

Apple-ın OLED MacBook'larında Yenilik: Çentik Yoxd...
Texnologiya xəbərləri