
ChatGPT ilə söhbətləriniz qorunmur!

OpenAI-ın baş direktoru Sem Altman, ChatGPT vasitəsilə aparılan şəxsi söhbətlərin hüquqi müdafiəyə malik olmadığını bildirib. Altmanın sözlərinə görə, həkim və ya vəkil ilə söhbətlərdən fərqli olaraq, süni intellektlə bölüşülən həssas məlumatlar qanunla qorunmur.
Altman, “This Past Weekend with Theo Von” podkastında ChatGPT haqqında diqqətəlayiq açıqlamalar verib. Süni intellekt və mövcud hüquq sisteminin münasibətləri barədə danışarkən, istifadəçi söhbətlərinin hüquqi məxfiliyinin olmamasının əsas problem olduğunu vurğulayıb. O, xüsusilə gənclərin ChatGPT-dən psixoloq və ya həyat məşqçisi kimi istifadə etdiyini, hətta münasibətlər kimi ən şəxsi məsələləri belə süni intellekt vasitəsi ilə bölüşdüklərini qeyd edib.
Altman deyib: “Hal-hazırda psixoloq, vəkil və ya həkimlə söhbət edəndə hüquqi imtiyaz, həkim-xəstə məxfiliyi mövcuddur. Ancaq ChatGPT ilə danışdığınız zaman nə ediləcəyini hələ müəyyən etməmişik.” O, bunun, xüsusən məhkəmə prosesi zamanı istifadəçilər üçün məxfilik problemi yarada biləcəyini və OpenAI-ın mövcud qanunvericiliyə əsasən bu söhbətləri məhkəməyə təqdim etməyə məcbur olacağını əlavə edib. Baş direktor: “Düşünürəm ki, bu çox qəribə vəziyyətdir. Süni intellektlə aparılan söhbətlər üçün, psixoloqla söhbətlərdə olduğu kimi eyni məxfilik prinsiplərinə sahib olmalıyıq və bir il əvvəl heç kim bunu düşünmürdü” – deyə bildirib.
Oxşar xəbərlər

ChatGPT-yə sirlərinizi danışmayın -Xəbərdarlıq
Bugun.az

ChatGPT is not a Google killer: It doesn’t inspire...
Texnologiya xəbərləri

Süni Zəka Həkimləri Geridə Qoydu!
Texnologiya xəbərləri

ChatGPT-də Yeni Layihələr Xüsusiyyəti Artıq Mövcud...
Texnologiya xəbərləri

OpenAI "ChatGPT agent"i təqdim etdi
Bugun.az

ChatGPT Pro: Ətraflı Məlumat
Texnologiya xəbərləri