🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Süni Zəka Həkimləri Geridə Qoydu!

18.11.2024 16:03 9 baxış sayı 2 dəq. oxuma
Süni Zəka Həkimləri Geridə Qoydu!

2022-ci ildə OpenAI şirkətinin ChatGPT-ni təqdim etməsi ilə süni intellekt eranın əsası qoyuldu. 2024-cü ilə qədər bu texnologiya cib telefonlarımızdan tutmuş, sürdüyümüz avtomobillərə qədər həyatımızın demək olar ki, hər sahəsinə daxil olub. Bəs tibb sahəsində süni intellekt necə nəticələr göstərir?


Son araşdırmalar göstərir ki, ChatGPT xəstəliklərin diaqnozu qoymaqda həkimləri üstələyib. Bostonun Beth Israel Deaconess Tibb Mərkəzində aparılan bir təcrübədə, ChatGPT-dən istifadə edən həkimlər, istifadə etməyənlərlə müqayisədə bir az daha yaxşı nəticə göstərsələr də, ən diqqət çəkən nəticə ChatGPT-nin təkbaşına bütün həkimlərdən daha yüksək bal toplayaraq xəstəliklərin diaqnozunda daha dəqiq olduğunu sübut etməsidir.


Daxili xəstəliklər üzrə mütəxəssis doktor Adam Rodman, nəticələrdən heyrətləndiyini etiraf edərək, "şokda" olduğunu bildirib. Xüsusi meyarlar əsasında aparılan diaqnoz qoymada ChatGPT 90 bal toplayıb. ChatGPT istifadə edən həkimlər orta hesabla 76, ChatGPT istifadə etməyən həkimlər isə 74 bal toplayıblar.


Doktor Rodman, həkimlərin ChatGPT ilə qarşılıqlı əlaqəsini təhlil edərək, süni intellektin diaqnoz üçün dəqiq məlumatlar təqdim etməsinə baxmayaraq, bir çox həkimin öz mülahizələrinə əsaslandığını və ChatGPT-nin təkliflərinə qulaq asmağını qeyd edib. Doktor Rodmanın sözlərinə görə, "Süni intellektin təklifləri ilə razılaşmayan həkimlər, təəssüf ki, qulaq asmayıblar".


Paylaş: