🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Cərşənbə axşamı 2-ci mövsüm treyleri yayımlandı!"

24.04.2025 19:03 15 baxış sayı 2 dəq. oxuma
"Cərşənbə axşamı 2-ci mövsüm treyleri yayımlandı!"

Dünya üzrə böyük marağa səbəb olan Netflix serialı "Cərşənbə", uzun bir fasilədən sonra ikinci mövsümü ilə izləyicilərlə görüşməyə hazırlaşır. Paylaşılan treylerin yanında, serialın yayım tarixi də açıqlanıb. "Cərşənbə" serialı yeni mövsümü ilə iki hissədə izləyicilərə təqdim olunacaq. Birinci hissə 6 Avqust 2025-ci ildə yayımlanacaq. İkinci hissə isə təxminən bir ay sonra, 3 sentyabr 2025-ci ildə Netflix kitabxanasında yerini alacaq.


Tim Burton imzalı serial, Addams ailəsi kainatının unudulmaz personajlarından biri olan Cərşənbə Addamsın maraqlı hekayəsinə fokuslanır. Birinci mövsümdə böyük tərif alan Jenna Ortega, yeni mövsümdə də Cərşənbə obrazını canlandıracaq. İkinci mövsümdə əsas aktyor heyəti qorunub saxlanılsa da, layihəyə bir çox yeni tanınmış simalar da əlavə olunub. Emma Myers, Catherine Zeta-Jones, Luis Guzman rollarına qayıdarkən, Steve Buscemi, Billie Piper, Noah Taylor, Thandiwe Newton, Frances O’Connor, Haley Joel Osment, Christopher Lloyd və Lady Gaga da yeni mövsümdə aktyor heyətinə qoşulublar.


Yeni mövsümün məzmunu haqqında ətraflı məlumat hələ paylaşılmasa da, treylerdə verilən ipuçları serialın qaranlıq atmosferinin qorunub saxlanılacağını, personaj inkişafının isə daha da dərinləşəcəyini göstərir. "Cərşənbə", həm gənc izləyicilər, həm də Addams ailəsi nostaljisi ilə böyüyən böyüklər üçün maraqlı olub. İkinci mövsümün yayımı ilə serialın populyarlığının daha da artacağı gözlənilir.


Paylaş: