
Adidas-ın Türkiyə müştərilərinin məlumatları oğurlandı

İdman geyimləri brendi Adidas, Türkiyədəki bəzi müştərilərinin şəxsi məlumatlarının səlahiyyətsiz şəxslər tərəfindən ələ keçirildiyini açıqladı. Şirkət, kiber təhlükəsizlik pozuntusu barədə istifadəçiləri e-poçt vasitəsilə birbaşa məlumatlandırdı və üzr istədi. Adidas-ın verdiyi məlumata görə, sızdırılan məlumatlar şirkətin müştəri xidməti ilə əlaqə saxlayan istifadəçilərə aiddir. Ələ keçirilən məlumatlar arasında ad, e-poçt ünvanı, telefon nömrəsi, cins və doğum tarixi var. Şirkət istifadəçi şifrələri və kredit kartları kimi maliyyə məlumatlarının sızmadığını vurğuladı.
Hadisə aşkar edildikdən sonra təhlükəsizlik tədbirlərinin tez bir zamanda görüldüyü, hadisənin miqyası araşdırıldığı və müvafiq sistemlərdə şifrə yenilənməsi kimi profilaktik addımlar atıldığı bildirildi. Şirkət, istifadəçilərini şübhəli e-poçt və mesajlara diqqətli olmağa çağırdı. Şirkətin açıqlamasında bu vəziyyətin istifadəçiləri narahat edə biləcəyinin və yaşana biləcək hər hansı bir narahatlıq üçün üzr istənildiyi qeyd edildi. Bundan əlavə, hadisə ilə əlaqədar hər hansı bir ziyanın olmadığı bildirildi. Adidas-ın heç vaxt müştərilərindən kredit kartı məlumatı, bank hesabı məlumatı və ya şifrə tələb etmədiyi xatırladıldı. Sızma ilə bağlı sual vermək və ya dəstək almaq istəyən istifadəçilər üçün [email protected] elektron poçt ünvanı və 0850 822 38 98 nömrəli müştəri xidməti xətti mövcuddur.
Oxşar xəbərlər

“Adidas” qaradərililərə dəstək proqramını açıqladı
Son Xeberler

UEFA Avropa Liqası: Qarabağ, Qalatasaray, Fənərbax...
Son Xeberler

Türkiyə Azərbaycanın Yanındadır - Hulusi Akar
Bugun.az

“WhatsApp” üzərindən “fişinq” kampaniyaları -
Son Xeberler

Türkiyə ordusunun əsgəri şəhid oldu
Bugun.az

Türkiyə humanitar siyasət yanaşmasını davam etdiri...
Bugun.az