Yaşadığı evə 40 min borcu var: "Qızılları satıb dolanıram"

30.06.2020 11:37 574 baxış sayı 2 dəq. oxuma
Yaşadığı evə 40 min borcu var:

Əməkdar artist Firuzə İbadova "5/5" verilişinin qonağı olub.

Müğənni proqramda maddi sıxıntı çəkdiyini bildirib.

Aparıcı Zaur Kamal "Hər zaman əziyyət çəkən xanım olmusuz. İllərdir qohumlara, ana, övlada, övladın uşağına baxır. Deyir, borc içində batıram. Deyir, yaşadığım evə 40 min borcum var. Bu qədər toylara getdiniz, qazandınız, bu qədər pul hara getdi?" deyə, F.İbadovaya sual ünvanlayıb.

Müğənni "Yetim-yesir çoxdur. Qazandığını paylaşmalısan. Toy da yoxdur... Şükür, nə var satıb, dolanıram. O da qurtarandan sonra bilmirəm nə edəcəm" cavabını verib. 

Aparıcı ifaçının qızıllarını satdığını söyləyib.

F
Ədəbiyyat müxbiri

Ədəbiyyat və nəşriyyat sənayesi üzrə yazıram. Kitab fuarları və yeni çıxan əsərlər mənim əsas mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: