
Türkiyənin tekstil nəhəngi rəsmən müflisləşdi

İstanbul mərkəzli 3F Tekstil, Türkiyədəki iflas zəncirinə əlavə olunan sonuncu halqa oldu. Ötən il konkordato (borcun yenidən qurulması) elan edərək bir illik iflasdan qorunma müddəti almışdı. Lakin, konkordato komissiya heyətinin fəaliyyətinə xitam verildi. Məhkəmə qərarı ilə bütün qoruyucu tədbirlər ləğv edildi və şirkətin rəsmən müflisləşməsi barədə hökm verildi. Beləliklə, 3F Tekstil üçün ləğvetmə (tasfiyə) prosesi də rəsmən başlamış oldu.
"ŞİRKƏTLƏR BORCU İDARƏ EDƏ BİLMİR"
Keçən il yaşadığı maliyyə çətinlikləri səbəbindən konkordato tələb edən 3F Tekstil, yüksək faiz dərəcələrinin təsiri ilə özünü toparlaya bilmədi. Reuters-ə açıqlama verən bir şirkət rəsmisi iqtisadi basqını belə ifadə etmişdi: "Faiz dərəcələri qəfil 60-70 faiz civarında görününcə, bu, işgüzar aləmin altından qalxa bilməyəcəyi bir duruma çevrildi. Firmalar borcu nəzarətdə saxlaya bilmir."
DÜNYA NƏHƏNGLƏRİ ÜÇÜN İSTEHSAL EDİRDİ
3F Tekstil, illər boyu Zara, Bershka, Next, LC Waikiki, Mango və Resort kimi beynəlxalq brendlər üçün məhsul istehsal edirdi. Şirkətin İstanbuldakı mərkəzi ofisi ilə yanaşı, İspaniyanın Barselona şəhərində də bir filialı mövcud idi. Lakin qlobal tələbatın daralması, valyuta təzyiqi və artan maliyyələşmə xərcləri şirkətin maliyyə dayanıqlığını qeyri-mümkün vəziyyətə gətirdi.
Etiketlər
Oxşar xəbərlər

Şimali Koreya lideri vəfat etdi - Rəsmən açıqlanır
Anar Türkeş

Türkiyənin BRICS-ə Üzvlüyü: Hindistan Maneəsi Yoxd...
Bugun.az

Fidanın Parlamentdə Kəskin Çıxışı: "Bir Kürt Parti...
Son Xeberler

Türkiyədə terror: Ölənlər və xəsarət alanlar var
Xəbər Anı

Portuqaliya Fələstin dövlətini rəsmən tanıyacaq
Bugun.az

"Qalatasaray"dan rekord transfer - Ulduz futbolçu...
Bugun.az