Son Xeberler
Son Xeberler

05.10.2024 18:25

6 abunə

3

Zəngilan: Yeni Yaşayış Kompleksi - Görüntülər

Zəngilan: Yeni Yaşayış Kompleksi - Görüntülər

Zəngilan şəhərində inşa edilən altıncı yaşayış kompleksinin layihə görüntüləri ictimaiyyətə təqdim edildi.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev öz sosial media hesabında bu layihənin görüntülərini paylaşdı.


Xatırladaq ki, Prezident İlham Əliyev 3 oktyabrda Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməl qoyma mərasimində iştirak etmişdi. Bu kompleks məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarına yaxın, orta sıxlıqlı bir ərazidə yerləşəcək. Üç hektar sahədə yaradılacaq kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binalar inşa ediləcək. Burada 177 mənzil olacaq.