
Zəngəzur rayonunda ermənilər 8 kilometr geri çəkildi

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsindən sonra Sünik (keçmiş Zəngəzur) vilayətinin erməni Kornidzor kəndi sərhədyanı olub. Kənd başçısının müavini Arkadi Xaçatryan bildirib ki, kənd indi sərhəddən 400 metr, erməni mövqeləri isə kənddən 200 metr məsafədədir.
Bu barədə news.am məlumat yayıb.
"Biz çox irəlidə idik və ilk gündən 8 km geri çəkildik. Nə edə bilərdik, dövlət sərhədi bu hissədən keçir... Bu, həyat yoludur, bu, bizim həyatımızın yoludur", - deyə Xaçatryan şikayətlənib.
Onun sözlərinə görə, kəndin mövqeyi yerli sakinlərdən ibarət dəstə tərəfindən tutulub. "...Keçən ayın 20-dən bəri mövqelərimizi müdafiə edirik... Kəndimizi qoruyuruq", - deyir Xaçatryan, kimdən müdafiə olunduqlarını və ümumiyyətlə, kimin onlara hücum edəcəyini açıqlamadan.
Oxşar xəbərlər

Azərbaycanda zəlzələ olub
Son Xeberler

Paşinyan geri çəkildi,
Son Xeberler

Türkiyədə güclü zəlzələ oldu
Xəbər Anı

Naxçıvanda yenidən zəlzələ oldu
Son Xeberler

Ermənistanda Zəngəzur TƏLAŞI: Paşinyan xüsusi icla...
Son Xeberler

Ermənilər Cəbrayılda da qəbirləri dağıdıblar -
Son Xeberler