🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Türkiyədə güclü zəlzələ oldu - SON DƏQİQƏ!

15.11.2024 16:41 304 baxış sayı 1 dəq. oxuma
Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Malatya vilayətinin Doğanşəhər rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.

7 kilometr dərinlikdə meydana gələn zəlzələ Qəhrəmanmaraş, Adıyaman, Qaziantep və Kilis şəhərlərində də hiss edilib.

Daha sonra isə Rizə vilayətinin Çamlıhemşin rayonunda 4,7 bal gücündə zəlzələ olub.

Tələfat və dağıntının qeydə alınmadığı bildirilib.

Paylaş: