
Son Xeberler
9 abunə
“Xocavənd və Laçının atəşə tutulması yalandır”
27.10.2020 16:58
552 baxış sayı
2 dəq. oxuma

"Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır".
Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, əksinə, oktyabrın 27-də saat 16.00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub.
Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb.
Azərbaycan Ordusu bütün cəbhə boyu humanitar atəşkəs rejiminə əməl edir.
Oxşar xəbərlər

Ordumuzun Xocavənd və Şuşanı atəşə tutması xəbəri...
Son Xeberler
636
05/11 06:16

Ermənistan ərazisində sərhəd zastavasının vurulmas...
Son Xeberler
578
27/10 07:57

Xocalınının Azərbaycan tərəfindən atəşə tutulması...
Son Xeberler
640
26/10 12:35

Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamam...
Son Xeberler
554
31/10 18:41

“Şuşa və Xankəndidə dinc əhalinin atəşə tutulması...
Son Xeberler
669
03/11 16:30

Düşmən Naxçıvan istiqamətində atəşkəsi pozdu -
Son Xeberler
777
31/07 07:50