
Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır

Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması nəticəsində yaralıların və xeyli sayda dağıntıların olması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti təxribatdır.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan-Azərbaycan dövlət sərhədinin Qubadlı sahəsində rayonun 4-5 km dərinliyində, Azərbaycan ərazisində artilleriya qurğularının atəş nöqtələrini yerləşdirən düşmən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusunun bölmələrini gün ərzində intensiv atəşə tutub. Yalnız sərhədlərimiz çərçivəsində tərəfimizdən düşmənin həmin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görülüb.
Bir daha bildiririk ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur. Azərbaycan Ordusu dünya birliyi tərəfindən tanınan ölkəmizin sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa edir.
Oxşar xəbərlər

Ermənistan ərazisində sərhəd zastavasının vurulmas...
Son Xeberler

Ordumuzun Xocavənd və Şuşanı atəşə tutması xəbəri...
Son Xeberler

Ordumuzun Xankəndini yenidən atəşə tutması xəbəri...
Son Xeberler

“Xocavənd və Laçının atəşə tutulması yalandır”
Son Xeberler

Xocalınının Azərbaycan tərəfindən atəşə tutulması...
Son Xeberler

Düşmən Naxçıvan istiqamətində atəşkəsi pozdu -
Son Xeberler