XİN-dən sərt reaksiya: Onlar hərbi əsir deyil
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsi Avropa İttifaqının sözçüsünün erməni hərbçilərinin azadlığa buraxılması ilə əlaqədar açıqlamasına münasibət bildirib.
XİN-dən verilən məlumata görə, Avropa İttifaqının (Aİ) sözçüsü tərəfindən 5 erməni hərbçinin azadlığa buraxılması ilə əlaqədar açıqlamanın verilməsi təəccüb doğurur. Məlum olduğu kimi, Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən 7 ilə yaxın müddət ərzində əsarətdə saxlanılmış və bu vəziyyətə Aİ biganə münasibət göstərib.
“Vurğulamaq istərdik ki, Aİ tərəfindən son hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən “Smerç” raketlərindən istifadə edilərək Azərbaycanlı dinc insanların hədəfə alınması, 100-dən çox mülki şəxsin qətlə yetirilməsi, eləcə də ümumilikdə müharibə dövründə 4000-dən çox insanın itkin düşməsi ilə bağlı bu günədək hər hansı açıqlama verilməyib, münasibət bildirilməyib.
Aİ tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə məqsədli şəkildə yeridilən 62 nəfər hərbi əsir deyil. Onlar müharibədən az qala 20 gün keçdikdən sonra, hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazilərinə göndərilən Ermənistan hərbi qulluqçularıdır. Onlar Azərbaycan Ordusunun olduğu ərazilərə müdaxilə ediblər. Bu terrorçu-diversant qrupu tərəfindən törədilmiş terror aktları nəticəsində Azərbaycanlı hərbçilər Turan Əliyev, Rahil Əkbərov, Hacırza Rzayev, Raqib Əzizov həlak olub, bir nəfər mülki şəxs Seymur Rzayev ağır yaralanıb.
Nə beynəlxalq humanitar hüquqa, nə də heç bir konvensiyaya əsasən bu şəxslər hərbi əsir hesab edilirlər. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, terror aktları törədən bu insanlar cinayət məsuliyyətinə cəlb olunublar və onların istintaqı davam etdirilir.
Aİ rəsmisinin Azərbaycanla bu tərzdə danışması qəbuledilməzdir. Azərbaycan yalnız bərabərhüquqlu münasibətləri qəbul edir. Kim Azərbaycanla bu şəkildə danışmağa cəhd edərsə, adekvat cavabla üzləşəcək.
Qeyd etmək istərdik ki, bu birtərəfli və ikili standartlara əsaslanan yanaşma Aİ-nin Azərbaycanla əlaqələrinə xələl gətirə bilər, - deyə XİN-dən bildirilib.
Oxşar xəbərlər
Azərbaycana 1, Ermənistana 5 hərbi əsir qaytarıldı
Son Xeberler
Azərbaycan daha dörd hərbi əsiri Ermənistana qayta...
Son Xeberler
Ermənistanın YENİ HOQQASI:
Son Xeberler
Azərbaycanda və Ermənistanda əsirlikdə olan şəxslə...
Son Xeberler
Ombudsman BQXK-nin nümayəndə rəhbəri ilə
Son Xeberler
28 il əvvəl əsir düşmüş hərbçinin tapılması xəbəri...
Son Xeberler