Ermənistanın YENİ HOQQASI - Orduya erməni qızlar cəlb edilir

17.10.2020 08:23 537 baxış sayı 2 dəq. oxuma
Ermənistanın YENİ HOQQASI -

Ermənistan silahlı qüvvələri hərbçi qıtlığını qadınların hesabına aradan qaldırmağa çalışır.

Ermənistan müdafiə nazirliyinin sözçüsü Artsrun Ovannisyan qadınların ordu sıralarına qoşulmaq istəyi ilə bağlı məsələni “Facebook” səhifəsində yazıb.

O, erməni qadınlarının ordu sıralarına qoşulmasına “Aslanın erkəyi-dişisi olmaz” kimi müxtəlif bəlağətli ifadələrlə don geyindirməyə səy göstərib.

Əslində bu, Ermənistan ordusunda hərbçi qıtlığının göstəricisini aradan qaldırmaq üçün atılan addımdır. Bu ölkənin vətəndaşları öz övladlarını onlara aid olmayan torpaqlarda gedən döyüşə göndərmək istəmir. Ermənistanın Qarabağa yerləşdirdiyi terrorçu və muzdlular döyüş meydanında canlı qüvvə çatışmazlığını aradan qaldıra bilmir.

Ona görə də Ermənistanın təbliğat maşını yeni varianta əl atıb. Ermənistan cəmiyyətində müharibəyə getməyi şərəfləndirmək üçün guya qadınların, qızların könüllü olaraq döyüşə qatılmaq istədikləri təbliğ edilir. Ovannisyanın paylaşımı da buna xidmət edir.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: