Son Xeberler
Son Xeberler

21.01.2021 13:55

6 abunə

575

Xəstəxanadakı intiharla bağlı detallar üzə çıxır: Qız silahı özü ilə içəri necə keçirib? -VİDEO

Xəstəxanadakı intiharla bağlı detallar üzə çıxır:

Ötən gün Türkiyədə baş verən intihar hadisəsi ilə bağlı məlumat vermişdik.

Intihar edən şəxslər barədə ilkin məlumatlar və onların fotoları əldə olunub. Məlumata görə, intihar edən qızın 25, ürəktutmadan ölən sevgilisinin isə 45 yaşı olub.

Hadisə iki gün əvvəl baş verib. Medeni A. adlı kişi Derman B. adlı qızla bir evdə qalarkən kişinin ürəyi tutub. O, dərhal xəstəxanaya çatdırılıb.

Qız xəstəxanada kişinin öldüyünü eşitdikdə çantasındakı silahı çıxararaq özünü ürəyindən güllələyib. O, hadisə yerindəcə keçinib.

Qızın silahının Medeni A.-ya aid olduğu aşkarlanıb. O, xəstəxanadakı təhlükəsizliyin zəif olmasından yararlanaraq silahı özü ilə dəhlizə keçirib.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir.