
Fevraldan universitetlərdə ənənəvi təhsil başlayır? - TəhsiI Nazirliyindən AÇIQLAMA

Son günlər koronavirusa yoluxanların sayı kəskin azalıb. Artıq Azərbaycanda yoluxanların sayı 100-ə düşüb. Belə ki, dünən koronavirus infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 841 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 17 nəfər COVID-19-dan vəfat edib. Bu gün səsləndirilən fikirlərdən biri də fevralda universitetlərdə ənənəvi təhsilin bərpasıdır. Fevral ayından Azərbaycanda universitetlərdə ənənəvi təhsil bərpa edilə bilərmi?
Bununla bağlı sonxeber.az-ın sualını cavablandıran Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, hələ birinci semestr bitməyib:
"Gün ərzində ənənəvi təhsillə bağlı yüzlərlə xəbər çıxır. Bununla bağlı qərar Operativ Qərargah verir. Ona görə də bir söz deyə bilməyəcəm. Əgər bununla bağlı rəsmi qərar çıxarsa, Operativ Qərargah məlumat yayacaq".
Oxşar xəbərlər

Bakı avtovağzalı bu tarixdən fəaliyyətini bərpa ed...
Son Xeberler

Universitetlərdə Tələb Olunmayan İxtisaslar
Bugun.az

Bu şəhərlərdə yuxarı sinif şagirdləri də məktəbə g...
Son Xeberler

Universitetlərdə qeydiyyat sentyabrın 20-də başlay...
Son Xeberler

Məktəblərdə tənəffüs vaxtı zəng çalınmayacaq
Son Xeberler

Ali təhsil müəssisələrinə ixtisas seçimi bu tarixd...
Son Xeberler