Son Xeberler
7 abunə
“Vətən müharibəsi-Böyük qələbə”
10.11.2020 11:47
326 baxış sayı
9 dəq. oxuma
Noyabrın 10-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Vətən müharibəsində qazanılmış qələbə münasibətilə videokonfrans keçirilib.
Videokonfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov möhtəşəm qələbə münasibətilə təbriklərini çatdıraraq bildirib ki, Azərbaycan Ordusunun əldə etdiyi böyük qələbə tariximizdə xüsusi əhəmiyyət kəsb edir. Bu qələbə tariximizə qızıl hərflərlə yazılacaq. “Xalqımız 30 ildir bu qələbəni gözləyib, amma təkcə gözləməyib, ona hazırlaşıb”-deyən, Əli Əhmədovun sözlərinə görə, bunun nəticəsində də Azərbaycan möhtəşəm, əzəmətli qələbəsini təmin edib. Onun fikrincə, bu qələbənin tarixdə mühüm yeri təkcə 30 il sonra torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də milli qürurumuzun qaytarılmasıdır: “İndi hər bir vətəndaşımız azərbaycanlı olmaq qürurunu yaşayır. Bu tarixi qələbəni müəyyənləşdirən bir cəhət də onun döyüş meydanında qan bahasına, can bahasına əldə olunmasıdır. Heç şübhəsiz, Azərbaycan bu qələbəni əldə etməklə öz tarixinin qızıl səhifəsini, şərəf və ləyaqət səhifəsini yazıb”.
Möhtəşəm qələbənin qazanılmasının səbəblərindən danışan YAP Sədrinin müavini qeyd edib ki, bu amillərdən biri xalqımızın dəyanətidir: “30 il ərzində xalqımız işğal faktı ilə razılaşmadı, güc topladı və öz torpaqlarınını işğaldan azad etdi. İkincisi, möhtəşəm qələbənin əldə olunmasında güclü Azərbaycan dövləti rol oynadı. Hər bir dövlətin əsas missiyalarından biri öz torpaqlarının təhlükəsizliyi təmin etməkdir. Və Azərbaycan dövləti də bunu etdi. Digər tərəfdən, qələbənin təmin olunmasının mühüm səbəblərindən biri də müzəffər Azərbaycan Ordusu, cəngavər hərbçilərimizdir. Güclü ordumuz olmasaydı, öz torpaqlarımızı azad edə bilməzdik. 30 il əvvəl Azərbaycan zəif olduğuna görə torpaqlarımız işğal olunmuşdusa, bu gün dövlətimizin qüdrəti, ordumuzun döyüş qabiliyyəti sayəsində torpaqlarımız azad olundu. Qələbəmizin həlledici amili ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük coşğu ilə qeyd etdiyi qələbəmizin baş qəhrəmanı Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevdir. Biz hərb və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına inam bizim qələbəmiz ilə nəticələndi. Məhz bunun nəticəsidir ki, Ermənistan tərəfindən bir neçə il ərzində işğal olunmuş və 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdik”. Baş nazirin müavini möhtəşəm qələbənin qazanılmasında qardaş Türkiyənin siyasi və mənəvi dəstəyini də xüsusi vurğulayıb.
Əli Əhmədov söyləyib ki, bu qələbə Azərbaycana sülh gətirməklə yanaşı, Cənubi Qafqazın sülh və firəvanlığı üçün də etibarlı zəmin yaradır: “Qürur duyuram ki, təmsil etdiyim Yeni Azərbaycan Partiyasının rəhbəri İlham Əliyevin möhtəşəm rəhbərliyi, tarixi sərkərdə missiyası nəticəsində xalqımız öz tarixinin ən şərəfli anlarını yaşayır. Tarix öz şərəf səhifəsində cənab İlham Əliyevin adını əbədi həkk edəcək. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev vaxtilə bildirmişdi ki, mənim başa çatdıra bilmədiyim işləri İlham Əliyev sona çatdıracaq. Müdrikçəsinə deyilmiş bu fikirlər həyata keçir. Hesab edirəm ki, bu şanlı qələbədən sonra Azərbaycan tarixinin yeni mərhələsi başlayacaq, Azərbaycan xalqı dünyada özünün dəyanəti, əyilməzliyi və ordusunun gücü ilə də ilə tanınacaq”.
Daha sonra videokonfransda çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov bu gün xalqımız qürurlu anlarını yaşayır. Çünki 30 il işğal altında olan torpaqlarımız azad olunub. Onun sözlərinə görə, ötən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin siyasi həlli ilə bağlı heç bir addım atmayıb, Ermənistanı işğalçı kimi tanımayıb. Üstəlik, Ermənistan hakimiyyətinin təxribatları vəziyyəti daha da gərginləşdirdi. Buna görə də, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etməyə başladı.
Tədbirdə həmçinin, Milli Məclisin deputatları- Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Qarabağ probleminin həllində qazanılmış qələbə Ermənistanın işğalçılıq siyasətinə son qoyur, erməni tərəfi artıq məğlubiyyıtini etiraf edir. Qeyd olunub ki, bu qələbə Prezidentimizin, xalqımızın və ordumuzun birliyinin, milli həmrəyliyimizin parlaq göstəricisidir.
Oxşar xəbərlər
“Vətən Müharibəsi Qəhrəmanı” adı
Son Xeberler
411
26/11 11:18
“Vətən Müharibəsi Qəhrəmanı” adı kimlərə veriləcək...
Son Xeberler
1,042
01/12 15:32
Əli Əsədov Vətən müharibəsi ilə bağlı sərəncamlar...
Son Xeberler
347
09/12 15:08
Şəhidlərimiz sabah saat 12-də yad ediləcək
Son Xeberler
366
03/12 11:35
Xalqı kimlər aldatmağa çalışır? - CANLI YAYIM
Son Xeberler
544
01/02 11:01
Vətən Müharibəsində həlak olan 94 mülki şəxsə şəhi...
Son Xeberler
406
05/12 09:11