“Arsenal” yeni mövsümə qələbə ilə başladı

12.09.2020 15:48 580 baxış sayı 1 dəq. oxuma
“Arsenal” yeni mövsümə qələbə ilə başladı

Futbol üzrə İngiltərə Premyer Liqasında yeni mövsümə start verilib.

Çempionatın açılış matçında “Arsenal” səfərdə “Fulhem” ilə üz-üzə gəlib. London derbisində “topçular” 3:0 hesabı ilə qələbə qazanıblar.

Görüşdə hesab 8-ci dəqiqədə açılıb. Aleksandr Lakazet mövsümün ilk qoluna imza atıb. Matçın 49-cu dəqiqəsində Qabriel Dos Santos, 57-ci dəqiqədə isə Pyer-Emerik Obameyanq fərqləniblər.

T
Komanda oyunları müxbiri

Basketbol, voleybol və digər komanda oyunları haqqında yazıram. Bu idman növlərinin Azərbaycanda populyarlaşmasına töhfə vermək istəyirəm.

Bütün məqalələrə baxın
Paylaş: