23.10.2020 13:55
6
abunə
561
“TVM İNŞAAT” şirkəti orduya belə dəstək oldu

“TVM İNŞAAT” MMC milli ordumuzun haqq savaşına  dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 manat vəsait və birdəfəlik paslanmayan materialdan əsgər qablarının alınması üçün 9 700 manat pul köçürüb. 

Şirkət rəsmiləri bildirib ki, ordumuzun qazandığı uğurlar “TVM İNŞAAT” MMC kollektivi olaraq bizi də qürurlandırır. Ölkəmizin hazırda müharibə şəraitində olduğunu nəzərə alaraq hər birimiz gücümüzü səfərbər edib Vətənimizə maddi  və mənəvi  dəstəyimizi əsirgəməməliyik.

Biz daim Ordumuzun yanındayıq. Əsgərlərimizlə qürur duyuruq.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine